среда, 15 апреля 2015 г.

ŞƏHİDLİK ZİRVƏSİ:

Şəhidlər      

Qatil gülləsinə
qurban gedərkən

Gözünü sabaha dikdi şəhidlər

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər                  .

Zalım öyünməsin
zülümləriylə

Min bir böhtanıyla min bir şəriylə

Həqiqət uğrunda
ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi o qətl günü

Mümkünə döndərdik çox namümkünü

Xalqın qəlbindəki qorxu mülkünü

O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə

Bir yumruğa döndük o gecə biz də

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqı dindirər

Qaraca torpağı qiymətləndirər

Donan vicdanlari qeyrətləndirər

Axı el qeyrəti çəkdi şəhidlər.

Bilirik bu bəla ne ilkdi ne son

Ölurkən uğrunda bu ana yurdun

Quzu cildindəki o qoca qurd

Dogru düz şəklini çəkdi şəhidlər.

İnasan insan olur öz hünəriylə

Millət millət olur xeyir şəriylə

Torpağın bağrına cəsədləriylə

Azadlıq toxumu əkdi şəhidlər.

Bəxtiyar Vahabzadə

Комментариев нет:

Отправить комментарий